Türkiyə parlamenti yeni hökumətə etimad göstərdi

7 Sentyabr 2014 17:00 (UTC+04:00)

Türkiyə parlamenti şənbə günü Baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi yeni hökumətə etimad qərarı verib.

Movqe.az Trend-ə  istinadən xəbər verir ki, qərarla bağlı səsvermədə 439 deputat iştirak edib. Onlardan 306-sı lehinə, 133 deputat isə əlyehinə səs verib.