Ərdoğan Obamadan Güləni istəməsi ilə bağlı danışdı

7 Sentyabr 2014 20:01 (UTC+04:00)

Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan ölkəsinə geri döndükdən sonra bir sıra suallara aydınlıq gətirib.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, Ərdoğan Obamadan nurçuların lideri Fətullah Güləni istəməsi ilə bağlı danışıb.

Ərdoğan Paralel yapı ilə bağlı Obamaya hər iki ölkənin kəşfiyyat təşkilatlarının ortaq çalışmalı olduğunu bildirərək ölkəsinin milli təhlükəsizliyinə ciddi təhdid yarandığını xatırladıb.

Türkiyə lideri qeyd edilən məsələlərə xarici işlər nazirlərinin nəzarət edə biləcəyini və bu görülən işlərin Türkiyədəki inkişafların çox fərqli nəticələri təmin edəcəyini söyləyib.

Paralel yapı ilə bağlı Obamanın Türkiyədən sənəd və materiallar istədiyini vurğulayan Ərdoğan prezidentin məsələyə yanaşmasını təbii qarşılayıb.