Boko Haramın 50 üzvü öldürüldü
7 Sentyabr 2014 23:00 (UTC+04:00)
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində təşkil edilən
əməliyyatda Boko Haram təşkilatı üzvü 50 xadimin
öldürülüb.
Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, Nigeriyanın
şimal-şərqindəki Borno əyalətində təşkil edilən əməliyyatda Boko
Haram təşkilatının 50 üzvünün öldürüldüyü, biri zabit olmaqla 3
əsgərin yaralandığı bildirildi.
Suriya ordusu Twitter hesabında ölkənin şimal-şərqindəki Borno
əyalətinin Konduga şəhərində Boko Haram təşkilatı xadimlərinin
saxlandığı yerə təşkil edilən əməliyyatda 50 terrorçunun
öldürüldüyü, biri zabit 3 əsgərin yaralandığını yazıb.
Əməliyyatda bir top, 2 zenit, bir zirehli vasitə və müxtəlif sursat
ələ keçirilərkən, bəzi techizat, silah və qida maddələrinin də məhv
edilib.
Bir tərəfdən də Nigeriyanın şərqindəki Adamava əyalətinin Colak
şəhərinin Boko Haram təşkilatının nəzarətinə keçdiyi bildirildi.
Üsyançılar Colakda onlarla insanı öldürüb və çoxsayda adamı evsiz
buraxıb.