600 min ev işıqsız qaldı

7 Sentyabr 2014 23:08 (UTC+04:00)
Miçiqan və İllinoysda güclü qasırğa nəticəsində elektrik stansiyaları söndürülüb və 600 mindən çox ev elektrik enerjisiz qalıb.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə ,  artıq qasırğanın ilk qurbanları var. Bir qadın ayağına ağacın düşməsi nəticəsində xəsarət alaraq dünyasını dəyişib. Bundan əlavə xəbər verilir ki, eyni zamanda bir kişi də bu cür həyatını itirib.

Elektrik enerjisi şirkətlərinin nümayəndələri qasırğanın gətirdiyi problemlərin aradan qaldırılması üçün sutkalıq rejimdə işlədiklərini bildiriblər.