Avro-2016 bu gün başlanır: Dünya çempionları Şotlandiyaya qarşı

8 Sentyabr 2014 00:02 (UTC+04:00)
Bu gün "Avro-2016"nın seçmə mərhələsinin oyunlarına start veriləcək.

Movqe.az qol.az-a istinadən bildirir ki, ilk oyun günündə 3 qrupda 8 oyun keçiriləcək.

D qrupunda keçiriləcək Almaniya – Şotlandiya oyunu maraqla gözlənilir.

İ qrupunda mübarizə aparan Portuqaliya isə Albaniya ilə qarşılaşacaq.

Xatırladaq ki, milli komandamız "Avro-2016"nın qrup mərhələsində ilk oyununu sentyabrın 9-da öz meydanında Bolqarıstana qarşı keçirəcək.