"İnter" "Sumqayıt"a qalib gəldi

8 Sentyabr 2014 00:06 (UTC+04:00)
Premyer Liqamızda yaranan fasilədən istifadə edən Bakının "Inter" klubu növbəti yoxlama görüşünə çıxıb.

Movqe.az Qol.Az-a istinadən xəbər verir ki , "Bakı" Futbol Klubunun Təlim-məşq bazasında baş tutmuş oyunda "bankir"lər "Sumqayıt"la qarşılaşıb.

Görüş "İnter"in 1-0 hesablı qələbəs ilə başa çatıb. Oyunda vurulmuş yeganə qolun müəllifi Asif Məmmədov olub.

Qeyd edək ki, sentyabrın 12-si "İnter" Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə "Araz-Naxçıvan" komandasıilə qarşılaşacaq.