“Azərbaycan millisi asan rəqib deyil”

7 Sentyabr 2014 14:07 (UTC+04:00)
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov "AÇ-2016"nın seçmə mərhələsi çərçivəsində milli komandamıza qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bildirib.

Movqe.az Qol.Az-a istinadən xəbər verir ki , o, yerli mətbuata açıqlamasında Bolqarıstan millisinə inandığını və səfər matçının onlar üçün çətin olmayacağını deyib:

"Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k, futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın. Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı nəticə qazanacağına inanıram".

Xatırladaq ki, Azərbaycan – Bolqarıstan ooyunu sentyabrın 9-da keçiriləcək.