Hərbçilərimiz Ukraynada beynəlxalq tədbirlərdə iştirak edəcəklər

8 Sentyabr 2014 11:12 (UTC+04:00)

Müdafiə Nazirliyindən anspress-ə verilən məlumata görə, sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.


Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.