Mübariz Qurbanlıdan İLK TƏYİNAT

8 Sentyabr 2014 11:40 (UTC+04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) kadr dəyişikliyi olub. Komitədən Apa-ya verilən məlumata görə, qurumun sədri Mübariz Qurbanlının əmri ilə Anar Kazımov DQİDK – nin Bakı şöbəsinin müdiri təyin edilib. A. Kazımov buna qədər komitənin əməkdaşı olub. Qeyd edək ki, Bakı bölgəsi üzrə şöbə paytaxtın on iki rayonunu əhatə edir.