İslam ölkəsində geylərin nikahı aləmi qatdı - VİDEO

8 Sentyabr 2014 12:05 (UTC+04:00)
Nil çayında gəmidə geylərin nikah mərasiminin görüntüləri yayılıb. Bu hadisə Misirdə 7 nəfərin həbsinə səbəb olub.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, prokurorluğa səlahiyyət verilib ki, saxlanılan şəxsləri fiziki baxışdan keçirsinlər. Həmin şəxslər ictimai mənəviyyat normalarını təhqir etdikləri üçün məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, Misirdə homoseksualizm qanunla qadağan edilməyib. Ancaq geyliyin təbliğatına görə mütəmadi olaraq Misirdə insanlar həbs olunurlar.