"Bir balası qaldı, 14 yaşında"- -Şərqiyyə Hüseynovanın qızının ölüm faciəsi

8 Sentyabr 2014 12:28 (UTC+04:00)

Şərqiyyə Hüseynovanın bacısı Mövqe.az-a danışıb: "Uşaqlıqdan asma idi. Keçinməyi qəfil oldu. İnsult oldu. Elə kompüterin qarşısında oturmuşdu, qəfil keçindi. Şərqiyyə danışa bilməyəcək. Allah heç anaya belə dərd görsətməsin. Bir balası qaldı, 14 yaşında".


Xatırladaq ki, mərhumə 1971-ci il təvəllüdlü olub. 


***


Mövqe.az xəbər verir ki, bu gün bir neçə saat əvvəl respublikamızın tanınmış diktoru, xalq artisti Şərqiyyə Hüseynovanın qızı vəfat edib. 


Qeyd edək ki, aparıcının qızı Mehribanın Ayan adlı bir qızı var.


Allah rəhmət eləsin.