İŞİD 5 azərbaycanlının başını kəsib

8 Sentyabr 2014 12:48 (UTC+04:00)

Movqe.Az-ın "Faktxəbər"ə istinadən məlumatına görə, bu barədə Səhər TV xəbər yayıb. Xəbərdə deyilir ki, İraqın şimalına yük aparan maşın sürücüləri və onların köməkçiləri olan beş nəfərin ( 2 nəfər parsabadlı, 2 nəfər aslandüzlü və 1 nəfər biləsuvarlı) cənazəsi İraqın şimalından gətirilib.


Həmin şəxslərlə birlikdə olanlardan yalnız bir nəfəri qurtula bilib.


Onun dediyinə görə, İraqın şimalında İŞİD terrorçularına tuş gələn yük maşınının sürücüləri özlərini sünni kimi təqdim etsələr də, terrorçular onlara inanmayıb, başlarını kəsiblər.