Natiq Əliyev: “Azərbaycan enerji təminatı üzrə tam olaraq müstəqil ölkədir”

8 Sentyabr 2014 12:57 (UTC+04:00)

"Bu gün Azərbaycan enerji təminatı üzrə tam olaraq müstəqil ölkədir və dünyanın heç bir ölkəsindən asılı deyil".

 

Movqe.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin IV energetika nazirlərinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan ildə 41 mln. ton neft, 20 mlrd. kilovatdan artıq elektrik enerjisi istehsal edir: "Bu gün Azərbaycan artıq enerjinin diversifikasiyası məsələlərini tam olaraq həll edib. Azərbaycanın 4 neft-qaz kəməri var ki, bununla da Azərbaycanın enerjisini və yanacağını dünya bazarlarına çıxarır".

 

"Azərbaycanın Yunanıstan, Avstriya və digər Avropa ölkələri ilə bağlı özünün enerji planları və proqramları var. Bu proqramlar da Azərbaycanı Avropa ilə birləşdirəcək", - deyə o əlavə edib.