Qurban bayramında dörd gün iş olmayacaq

8 Sentyabr 2014 13:06 (UTC+04:00)
Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Movqe.az-a bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri qeyri-iş günü olacaq.