Prodüsserliyin daşını atır ?

8 Sentyabr 2014 15:54 (UTC+04:00)

Tanınmış prodüser Təranə Səmədova yeni mövsümdən aparıcılığa başlayacağını deyib.


Mövqe.az-ın məlumatına görə, onun bu işə başlaması artıq bəzi aparıcıları narahat edib: "Yeni mövsümdən aparıcılığa başlayıram. Bu işin də öhdəsindən gələ biləcəyimə inanıram. Hər zaman olduğu kimi, yenə də özümə inamım böyükdür. Hiss edirəm ki, yeni peşəm bir çox aparıcıları narahat edib. Mən bunu normalı qəbul edirəm. Bunu da gözləyirdim. Çünki prodüserliyimə də ağız büzənlər də az olmayıb. Amma zamanla layihələrimlə sözümü demişəm. Məni həzm etməyənlərə demək istəyirəm ki, bir stəkan su içsinlər. Orqanizmə də xeyirdir. Öz bacarığıma arxayınam. Yaxşı bilirəm ki, əlimi uzadım həyata keçirdiyim hər bir işdə həmkarlarıma rəqibəm. Özü də məğlubedilməz rəqibəm".


Qeyd edək ki, Təranə Səmədova sentyabrın 15-dən etibarən "Space" telekanalında "Hələ bu harasıdır" verilişində aparıcılığa başlayacaq.