Bugün Milli Parkda konsert və atəşfəşanlıq olacaq

14 İyul 2012 02:57 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, 14 iyul tarixində Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq gözlənilir. Artıq dünəndən Milli Parkda səhnənin quraşdırılma işləri başa çatmışdır. Bu konsert Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümünə həsr olunacaq. Konsert yerli vaxtla 21:00 Saat qülləsinin yanında başlayacaq. Konsertin sonunda atəşfəşanlıq olacaq.