Beren Saatın çəkiləcəyi film hələlik təxirə salınıb
14 İyul 2012 11:15 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, Beren Saatın "Fatmagülün Suçu Ne?" serialından
sonra bir az dincəlib, yeni bir sinema filminə çəkiləcəyi
gözlənilirdi. Ay Yapım şirkətinin " Yaseminler Tütüer Mi Hala?"
filmində rol almağa hazırlaşırdı. Lakin son gələn xəbərlərə görə,
Çağan Çayın idarə edəcəyi film proyekti hələlik təxirə salınıb. Bu
səbəblə də Beren Saat Kenan Doğulu ilə uzun müddətli Amerika
səyahətinə çıxmağa hazırlaşır. Cütlüyün ailə həyatı ilə bağlı
məsələlər yeni ildə baş tutacaq.