Dünya şöhrətli müğənni: "Niyə də qarayanız azərbaycanlı kişisiylə ailə qurmayım?"

9 Sentyabr 2014 11:47 (UTC+04:00)

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən polo üzrə ikinci dünya kuboku yarışının tədbirləri çərçivəsində konsert proqramıyla çıxış edən dünya ulduzu İnqRid konsertdən əvvəl jurnalistlər ilə görüşüb.


Mövqe.az xəbər verir ki, tanınmış müğənni sadəliyi ilə seçilib. İnqRid ona verilən sualları böyük həvəslə cavablandırıb.


Mətbuat konfransı daha çox zarafatlarıyla yadda qalan müğənni bildirib ki, Azərbaycana ilk gəlişi deyil:


"İstiqanlı azərbaycanlı kişilərinin arasındayam. Bakıya gələndə çox rahat oluram. Bura darıxdırıcı deyil."


İnqrid əvvəlki səfərlərində Azərbaycanın xalq artisti Aygün Kazımova ilə eyni səhnəni bölüşməsini də diqqətə çatdırıb. O, xalq artistinin ifasını bəyəndiyini söyləyib.


Konfrans zamanı müğənni pişiklərindən də danışıb. İnqRid 16 pişiyə baxır. O səfərlərdə olanda isə pişikləri anası saxlayır.


Dünya şöhrətli müğənni "Ukraynanın səsi" müsabiqəsinin iştirakçısı, 19 yaşlı Vaqif Nağıyevdən çox xoşlandığını gizlətməyib:


"Vaqif azyaşlıdır. Onu çox istəyirəm. Yaşı çox olsaydı, onunla ailə qurardım. Ümumiyyətlə, niyə də qarayanız azərbaycanlı kişisiylə ailə qurmayım?"


Müğənni Vaqif ilə ifa etdiyi duet haqqında da danışıb. O, bildirib ki, "Ümid yağışı" adlanan mahnını Azərbaycan dilində oxuyacaq:


"Mahnını çox bəyəndim. Konsertdə mən mahnını fransız dilində, Vaqif isə Azərbaycan dilində ifa edəcək. Amma mahnı səsyazma studiyasında plana əsasən mən Azərbaycan dilində, Vaqif isə ya fransız, ya da ingilis dilində ifa edəcək. Gələcəkdə albom çıxarılacaq ki, mahnı orada yer alacaq."


Konfransdan sonra "I Love İtaly" qrupundan sonra səhnəni İnqRid alıb.


Konsert zamanı diqqəti çəkən xüsusi bir məqam isə Vaqif Nağıyev ilə İnqridin dueti olub. Cütlük "Ümid yağışı" adlı mahnı ifa ediblər. Vaqif mahnıda öz hissəsinə düşən parçanı Azərbaycan dilində, İnqrid isə fransız dilində səsləndiriblər. Mahnının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjimanı isə Yaşar Baxışa məxsusdur.