Hansı azərbaycanlı məşhur xəstə övladını falçı köməyi ilə sağaltdı ?! - FOTOLAR

9 Sentyabr 2014 13:22 (UTC+04:00)

Teleməkanın ən reytinqli verlişi olan "Oturduğumuz yerdə" nin bu dəfəki buraxılışı çox maraqlı olacaq. Mövqe.az xəbər verir ki, verlişin çərşənbə günü 21:30-da efirə gedəcək buraxılışında tamaşaçılar qalmaqallı anların şahidi olacaq. Belə ki, "Oturduğumuz yerdə"nin bu buraxılışında müzakirə edilən "Arvadım niyə falçı yanına gedir" mövzusu, qonaqlar arasında  sözün əsl mənasında çaxnaşma yaradıb.Verlişin bu dəfə ki, qonaqları müğənni Cavanşir Məmmədov, ekstrasens Aqil Məhərrəmov, dindar Səid Nur Təbrizi ilə əks cinsin nümayəndələri, gənc aktrisa Mələk Heydərova, prodüsser Təranə Səmədova, aşıq Zülfiyyə arasında mübahisə düşüb. Aparıcı Elçin Əlibəylinin verdiyi suallar isə tərəflər arasında yaranan mübahisəni daha da qızışdırıb. Qadın və kişi tərəflər bir-birini falçıya getməkdə, fala inamaqda günahlandırıb. Ekstrasens A. Məhərrəmovun " Əvvəllər kişilərin 50 %-i mənə müraciət edirdilərsə, bu gün bu rəqəm 80 %-dir deməsi" ortamı daha da qızışdırıb. Bir sözlə, "Oturduğumuz yerdə" nin çərşənbə günü, 21:30-da efirə gedəcək buraxılışı tamaşaçıların yaddaşında silinməz izlər buraxacaq. 


Müğənni Cavanşir Məmmədov şair Yasəfi niyə səviyyəsiz adlandırdı ?


Ekstrasens Aqil Məhərrəmov falçıya müraciət edənlər haqqında hansı faktları açıqladı ?


Aktrisa Mələk Heydərovanın 3-4 il bundan öncə ağlar qoyan səbəb nə idi ?


Aşıq Zülfiyyə oğlunun sudurqasını sağaltmaq üçün niyə həkimə yox falçıya getdi ?


Aşığın bu addımını şair niyə sərt tənqid etdi ?



Bütün bunlar haqqında bilmək istəyirsinizsə bu həftənin çərşənbə günü 21:30-da Space telekanalında "Oturduğumuz yerdə"ni izləyin. 


Verlişin informasiya dəstəyi Mövqe.az saytıdır. 


Verlişdən öncə və sonra çəkilən fotoları təqdim edirik: