"WhatsApp" dan yeni xüsusiyyət gəlir!

9 Sentyabr 2014 13:01 (UTC+04:00)

Ağıllı telefon istifadəçilərinin sevimlisi olan WhatsApp yeni xüsusiyətilə qarşımıza çıxmağa hazırlaşır. Movqe.Az xəbər verir ki, pulsuz mesajlaşma, video, şəkil və səsli mesaj göndərmə imkanları təqdim edən WhatsApp-ın, görüntülü danışma xüsusiyyəti üzərində çalışdığı iddia edilib. Bu xəbərin müxtəlif internet saytlarında yer almasına baxmayaraq WhatsApp-dan rəsmi bir şərh gəlməyib. 


Görüntülü danışma imkanı təmin edən bir-birindən fərqli bir çox program olmasına baxmayaraq son illərin sevimlisi Whatsapp-ın rekord qırması gözlənilir.