Bakıda məhkum xəstəlikdən öldü

9 Sentyabr 2014 13:46 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək həbs edilən, 1964-cü il təvəllüdlü Fəxrəddin Qəhrəman oğlu Həsənov müalicə aldığı müəssisədə dünyasını dəyişib.

Nizami Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.