Təhsil Nazirliyindən məktəblilərə mobil telefon qadağası barədə-RƏSMİ AÇIQLAMA

9 Sentyabr 2014 14:15 (UTC+04:00)

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi yolverilməzdir. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır: "Ancaq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib".