Bakıda sərnişin avtobusu iki piyadanı vurdu

9 Sentyabr 2014 18:08 (UTC+04:00)

Xəsarət alan yaralılar Kliniki Tibbi Mərkəzə aparılıblar

Bakıda sərnişin avtobusu növbəti dəfə qəza törədib. Bu gün saatlarında avtobus iki piyadanı vurub. 


Binəqədi rayon Polis Polis İdarəsi 4-cü polis polis bölməsindən anspress-ə verilən məlumata görə, Binəqədi rayonu ərazisində, şadlıq evlərinin birinin qarşısında 133 saylı sərnişin avtobusu iki nəfəri vurub. Xəsarət alan yaralılar Kliniki Tibbi Mrəkəzə aparılıblar.


"Çinar Trans" MMC-dən anspress-ə verilən məlumata görə, hadisədə sürücünün heç bir günahı olmayıb. Piyadalar ehtiyatsız davranaraq avtobusun qarşısına çıxıblar. 


Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.