Dövlət rəsmisi öz həmcinsiylə evləndi - FOTO

9 Sentyabr 2014 18:11 (UTC+04:00)

İngiltərənin Şanxaydakı Baş konsulunun həftə sonu Pekindəki səfirlik iqamətgahında öz həmcinsiylə ailə qurması ölkə gündəmində mübahisəli məsələyə çevrilib. Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, Brian Deyvidson öz amerikalı həmcinsi Skot Çanq ilə evlənib. Onların səfir dostu Sebastiam Vud cütlüyün toy şəklini tvitter hesabından paylaşaraq onlara əbədi xoşbəxtlik arzu edib. Britaniyanın Pekindəki nümayəndəsi AFP xəbər agentliyinə toyun həqiqətən baş tutduğunu və toyun ictimayyətə qapalı keçirildiyini təsdiqləyib.