Qardaşlar qohumlarını ağacla döyüblər

9 Sentyabr 2014 18:17 (UTC+04:00)

Azərbaycanda qohumlar arasında kütləvi dava olub

Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 8-də Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndində qeydə alınıb.

Kənd sakinləri Elçin Məmmədov, Rəşad Qələndərov və onun qardaşı Oqtay münaqişə zəminində qohumları Samir Mövsümovu ağacla döyüblər, S.Mövsümov isə R.Qələndərova bıçaqla xəsarət yetirib. S.Mövsümov və R.Qələndərov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.