Sağlam adamın belinin həcmi nə qədər olmalıdır?

10 Sentyabr 2014 08:34 (UTC+04:00)

Alimlər sübut ediblər ki, insanın boy hündürlüyünün belinin həcminə nisbəti onun ömrünün uzunluğuna təsir göstərə bilər. Londonda keçirilmiş tədqiqat göstərib ki, sağlam bel həcmi insan boyunun yarısından çox olmur.

Eksperiment 20 ilə yaxın davam edib. Bu müddət ərzində mütəxəssislər insanın ömür uzunluğunun nədən asılı olduğunu müəyyən etmək üçün könüllülərin həyat tərzini müşahidə ediblər.

Tədqiqat göstərib ki, sağlamlığın və uzunömürlülüyün saxlanmasında mühüm rolu belin həcmi və insanın boyu arasındakı nisbət oynayır: əgər belin həcmi boy göstəricisinin 80 faizinə çatırsa, insanın ömrü 20 il qısalır.

Beləliklə, həkimlər bədən kütləsi indeksinə diqqət yetirməyi yox, belin həcmini izləməyi məsləhət görürlər, çünki bu göstərici ömrün uzunluğunun müəyyən edilməsində əsas amildir.Ekspertlər qeyd ediblər ki, bədən kütləsi indeksinin hesablanması zamanı əzələ kütləsi və piy toxuması arasındakı fərq nəzərə alınmır.Mütəxəssislərin fikrincə, artıq çəki yox, onun insanın bədəni üzrə necə aylanması təhlükəlidir. Həkimlər gələcəkdə sağlamlıqla bağlı problemlərdən qaçmaq üçün hələ beş yaşda olan vaxtdan belin həcmini ölçməyi məsləhət görürlər.

Alimlərin tədqiqatı göstərir ki, maksimum çəkinin belə yığıldığı "alma" tipli kökəlmə "armud" tipli kökəlməyə nisbətən daha təhlükəlidir.