Azərbaycan prezidenti Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun tətbiqi barədə sərəncam imzalayıb
14 İyul 2012 11:13 (UTC+04:00)
APA-nın məlumatına görə, Nazirlər
Kabinetinə tapşırılıb ki, iki ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan rezidentinə təqdim etsin, Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan rezidentinə
məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin, qanundan irəli gələn
digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etmək və bu
barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Qanuna dəyişikliyə əsasən, döymə maddəsi Cinayət Məcəlləsindən
çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə transfer olunub. Məcəllədə
işgəncə sözü əzab sözü ilə əvəzlənib.
İnzibati Xətalar Məcəlləsinə isə sağlamlığa xəsarət yetirmə maddəsi
əlavə edilib və döymə bu maddədə əksini tapacaq.
Cinayət Məcəlləsinin 133-cü maddəsinin adı (İşgəncə vermə)
dəyişdirilərək "Əzab vermə" adlandırılıb. Bu maddənin 133.1
maddəsində mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü
fiziki ağır və psixi iztirab verməyə görə cəzanın müddəti 3 ildən 2
ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum
etməyə, eyni əməl işgəncə verməklə törədildikdə verilən cəzanın
müddəti 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına
endirilib (əvvəl 3 ildən 7 ilədək olub).