Azərbaycanda iki "Jiquli" toqquşdu: 1 ölü, 6 yaralı

10 Sentyabr 2014 10:20 (UTC+04:00)
Ağdamda 7 nəfərin xəsarət almasıyla nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində "VAZ 21099" və "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılardan biri Bərdə MRX-da dünyasını dəyişib.  Hazırda hadisə yerndə araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.