Cəbhədə atəş səngimir

10 Sentyabr 2014 11:17 (UTC+04:00)

Ermənilər cəbhə xəttində yenə də atəşkəsi pozublar. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Düşmən cavab atəşi ilə susdurulub.