Nazir: “Əmək müqavilələrinin elektronlaşdırılması prosesi ilin sonunda başa çatacaq”

10 Sentyabr 2014 11:47 (UTC+04:00)

Azərbaycanda əmək müqavilələrinin elektronlaşdırılması prosesi davamlı şəkildə həyata keçirilir.

 

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

S. Müslümov qeyd edib ki, nazirliyin elektron informasiya sisteminə (EİS) 550 əmək müqaviləsi bildirişi daxil olub.

 

"Əmək müqavilələrinin elektronlaşdırılması prosesi sürətlə gedir və yaxın vaxtlarda yekunlaşa bilər. Çünki, hər gün böyük sayda, gündəlik təxminən 25-30 min arası qeydiyyat prosesi həyata keçirilir. Ona görə də yaxın vaxtlarda ümumi daxilolmaların yekunlaşması nəzərdə tutulub. Ümumilikdə bütün ölkə üzrə hazırda mövcud olan əmək müqavilələrinin tam qeydiyyatdan keçirilməsi prosesi ilin sonuna kimi tamamlamalıdır", - deyə nazir izah edib.