Cüdoçularımız 7 medal qazanıblar

14 İyul 2012 20:30 (UTC+04:00)
Azərbaycanın yeniyetmə cüdoçuları Yakutskda keçirilən "Asiyanın uşaqları" V Beynəlxalq idman oyunlarında uğurlu çıxış edərək ümumlikdə 7 medal ( 4 qızıl, 1 gümüş və 2 bürünc ) qazanıblar.

ANS PRESS-in məlumatına görə, bunlar beynəlxalq turnirin qalibləri -55 kq çəki dərəcəsində Babazadə İlkin,-60 kq çəki dərəcəsində Heydərov Hidayət,-73 kq çəki dərəcəsində Məmmədov Şirxan və Həsənxanova Fəridədir.

Gümüş mükafatçı -40 kq çəki dərəcəsində Əliyeva Leyla, bürünc mükafatçı -46 İsmayılov Sahil və Vəliyeva Sevdadır. 

Bu gün yarışın son günündə cüdoçularımızdan -81 kq çəki dərəcəsində Coşqun Abdullayev tatami üzərinə çıxacaq.