Atasının yas puluna özünə "Mersedes" alan gəncin əhvalatı (VİDEO)
10 Sentyabr 2014 14:45 (UTC+04:00)
Bakıda geniş yayılmış məhşur əhvalat
ekranlaşdırılıb. Movqe.az xəbər verir ki, "Əmircan Prodakşn" KVN Klubu maraqlı videoçarx
hazırlayıb. Videoda atasının yas
məclislərindən yığılan pulla özünə "Mersedes" alan gənc balaca
dostuna "ağıllı" məsləhətdən verir. "Əşşi, atam rəhmətə getdi.
Üçünü, yeddisini, qırxını, cümə axşamlarını yola verdik.
Qohum-əqrəbanın saldığı pula da özümə maşın
aldım."
Özündən yaşca böyük dostunun sözlərinə qulaq asan
oğlan, tələm-tələsik evə gedir. Yataqda yatan xəstə atasını müayinə
edən həkimdən onun vəziyyətini soruşur. Həkimin cavabı ümidverici
olmur. Bunu eşidən oğlan atasının çiyninə vuraraq, "Mersedesdi eee,
mersedes!" deyir...
Gülməli görünən, əslində isə ağlamalı videonu sizə
təqdim edirik: