“Heç nədən qorxmuram” - əməkdar artist
10 Sentyabr 2014 19:13 (UTC+04:00)
Əməkdar artist Nüşabə Ələsgərli fobiyası
olmadığını deyib.
Axşam.az-ın məlumatına görə, müğənni yeganə
qorxusunun əzizlərini itirmək olduğunu
bildirib:
"Heç nədən qorxmuram, fobiyam da yoxdur. Əvvəl
bəzi fobiyalarım var idi. İnsan qorxusunun üstünə gedib ona
öyrəşməlidir. Mən də bu cür edirdim. Hündürlüyə çıxa bilmirdim.
Sonra başladım tez-tez hündür yerə çıxmağa, beləcə fobiyamdan xilas
oldum. Bir də təyyarədə qorxurdum. Hərdən boşluğa düşəndə yanımda
oturanın əllərini sıxırdım. İndi də hərdən o cür edirəm. Mən
təyyarəyə minəndən düşənə qədər ancaq dualar oxuyuram".