İnsan qocalıq mərhələsinə hansı yaşda daxil olur?

11 Sentyabr 2014 08:39 (UTC+04:00)

Amerika Milli Neyropsixologiya Universitetindən olan tədqiqatçılar qrupu bu nəticəyə gəlib ki, insan orqanizmində ölgünləşmək prosesi 39 yaşdan başlayır. Onlar bu qədər qeyri-adi nəticəyə daha çox neyropsixi diaqnozlaşdırma sahəsində testi xatırladan tədqiqat sayəsində gələ biliblər.

Jurnalislik sahəsində işləyən alimlər tərəfindən təqdim edilmiş məlumatlar, çoxsaylı eksperimentlər və elmi-texniki tədqiqatlara uyğun olaraq yuxarıda təsvir edilmiş fakt öz təsdiqini tapıb.

Alimlər hesab edirlər ki, qocalıq prosesinin 39 yaşda başlamasına gətirib çıxaran əsas amil əsəb hüceyrələrini zərərli təsirlərdən qoruyan unikal maddə mielinin ifrazının azalmasıdır.

Bundan başqa, amerikalı mütəxəssislər bildiriblər ki, insanlar 39 yaşında ürək-damar sistemi və əsəb sitemində daha çox pozuntular hiss etməyə başlayırlar. Onları dayaq-hərəkət aparatındakı sapmalarla bağlı müxtəlif fizioloji problemlər narahat etməyə başlayır ki, bu da, şübhəsiz, qocalıq prosesinin işə düşdüyünü göstərən amillər sırasındadır.