11 sentyabr teraktının təfərrüatları məxfi saxlanır

11 Sentyabr 2014 08:43 (UTC+04:00)

Massaçusets ştatından olan konqresmen Stiven Linç bildirib ki, ABŞ 11 sentyabr terror aktının mühüm faktlarını məxfi saxlayır.Linçin fikrincə, Ağ ev 11 sentyabr 2001-ci il terror hücumlarında xarici ölkələrin əli olduğu barədə informasiyanı açıqlamaqdan qəti olaraq imtina edir. Məlumatlar hələ Corc Buşun prezidentlik etdiyi vaxt məxfiləşdirilib. Adminstrasiya bunu milli təhlükəsizlik maraqları ilə izah edib."Bizim ABŞ Adminstrasiyası və ölənlərin ailəsi ilə dialoqumuz olub. Amma indiyə kimi bu, nəticə verməyib"- Linç vurğulayıb. 428-ci qətnaməyə görə, əgər icraedici hakimiyyət sənədlərə "məxfidir" qrifi qoyursa, bu, Amerika vətəndaşlarını bəzi xarici ölkələrin 2001-ci ilin sentyabrında baş vermiş terror aktlarında iştirakı barədə informasiya əldə etməkdən məhrum edir.

Konqresmen qeyd edib ki, konqresmenlər bu sənədlərin ictimaiyyətə açıqlanmasını tələb dir. Onun sözlərinə görə, bu cür informasiyaların açıqlanması terrorizmə sponsorluq edənlərə təsir edə və bu cür fəaliyyətin cəzasız qalmayacağını onlara göstərə bilər.Məxfi məlumatların dərc olunması tələbinə hələlik 13 konqresmen qoşulub. Qanun layihəsinin qəbulu üçün isə Nümayəndələr palatasında 218 və Senatda 60 səs tələb olunur.