Cenifer Lopez də Tom Kruz və Keti Holmsun boşanmasına münasibət bildirib

14 İyul 2012 13:18 (UTC+04:00)
Movqe.Az DailyMirror-a istinadən xəbər verir ki, son zamanların ən çox danışılan mövzusu Tom Kruz və Keti Holmsun boşanması olmuşdur. Cütlüyün yaxın dostlarından biri 43 yaşlı Cenifer Lopez də boşanmaya münasibət bildirib. Cenifer Lopez: "Mən dəhşət içərisindəyəm. Boşanma xəbərini mən Cənubi Amerikada olan zaman eşitdim. Heç Ketinin boşanmaq planlarından xəbərim olmayıb". Xatırladaq ki, Cenifer Lopez keçmiş həyat yoldaşı Mark Enteni ,Tom və Keti ilə tez-tez şam yeməyi yeyirdilər. 

 Cenifer Lopez: " Mən onlar üçün təəssüflənirəm. Hər ikisinə qərarlarında sülh arzu edirəm və Suriyə də uğurlar.

Onu da qeyd edək ki, boşanma prosesləri zamanı da 50 yaşlı Tom film çəkilişlərinə davam edirdi.