Yuxu dərmanından alzheimer riski

11 Sentyabr 2014 13:00 (UTC+04:00)

Bəzi yuxu dərmanlarının alzheimer riskini artıra biləcəyi təyin olunub. 


Movqe.az xəbər verir ki, Fransız və Kanadalı elm adamlarının araşdırması 3 aydan çox tərkibində benzodiazepin olan yuxu dərmanlarını istifadə edənlərin alzheimer riskini artıra biləcəyini göstərib. 


Araşdırmaçılar 1769 alzheimer xəstəsi və 7 mindən çox sağlam adamın vəziyyətini 6 il müddətində araşdırıb. Benzodiazepin olan dərmanları istifadə edənlərdə alzheimer riskinin 51 faizə qədər artdığı görülüb.

Elm adamları müvəqqəti yuxu pozuqluqları üçün istifadə edilən bu dərmanların ən çox 3 ay istifadə edilməsi məsləhətini görüb.