“Mingəçevir – 2015” layihəsi davam edir

10 Sentyabr 2014 13:04 (UTC+04:00)

Prezident yanında Gənclər Fondunun maliyyələşdirdiyi "Mingəçevir – 2015" layihəsi uğurla davam edir. Movqe.az xəbər verir ki, Bakı -2015 Avropa oyunlarının bir hissəsini təşkil edən Kanoe yarışları Mingəçevir şəhərində keçirilməsi nəzərdə tutulub. Bu yarışlara dəstək məqsədi ilə həyata keçirilən "Mingəçevir – 2015" layihəsi çərçivəsində müxtəlif növ maarifləndirici treninq, seminar, ekskursiyalar təşkil olunur. Əsas məqsəd Avropa oyunları qabağı bu idman növünə marağı artırmaq Region gənclərini daha da maarifləndirməkdən ibarətdir. Artıq 2 aya yaxındır ki icrasına başlanan layihənin növbəti ekskursiyası Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilib.Layihənin rəhbəri Tural Kərimovun verdiyi məlumata əsasən: Görüş zamanı bazayla yaxından tanışlıq olub və ekspertlərin məlumatları dinlənilib. Layihə gedişatında Könüllü qruplar yaradılıb, hansı ki,üzvlərin əksəriyyəti Region gənclərindən ibarətdir.Bu klubların yaradılmasında məqsəd gənclərin Avropa oyunları zamanı təşkilati komitənin işinə kömək etmək, daha çox gənci bir araya cəlb etməkdən ibarətdir. Layihə sentyabr ayı boyunca davam edəcək.