Azərbaycanda mollalar belə geyinəcək-FOTO

11 Sentyabr 2014 13:06 (UTC+04:00)

Bu gündən Azərbaycanda din xadimləri üçün vahid geyim formalarının tətbiqinə başlanılıb. Movqe.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün hazırlanan vahid geyimlərin təqdimatı keçirilib. İlk vahid geyimlər QMİ tərəfindən təşkil olunan dindarların təkmillərşdirilməsi kurslarının müdavimlərinə təqdim olunub.