" Valentino" moda evinə 730 000 000 dollarlıq təklif

14 İyul 2012 15:05 (UTC+04:00)
Movqe.Az "The Wall Street Journal "-a istinadən xəbər verir ki, məşhur İtalyan moda evi " Valentino" -nu Qatar Kral ailəsi almaq istəyir. Bu haqda təklif Qatar Kral ailəsinə məxsus "Mayhoola" şirkəti tərəfindən gəlib. Kral ailəsi "Valentino" moda evinə görə, 730 000 000 dollar pul təklif edib.