Yeni peyk tüstü və buludun arasından şəkil çəkə bilir

12 Sentyabr 2014 08:39 (UTC+04:00)

Müasir peyklərin əksəriyyətinin əsas problemi buluddur. Bu səbəbdən də kosmosdan göndərilən fotoşəkillərdə, demək olar ki, heç nəyi görmək mümkün olmur, çünki hər yer sıx buludlarla örtülü olur. Bu isə təkcə gözəlliyə və xəritələrin dəqiqliyinə təsir etmir, həmçinin təhlükəli də ola bilər. Belə ki, məsələn, insanlar meşə yanğınlarını görməyə bilər, çünki peykin "görmə" sahəsini bulud və ya tüstü bağlayır. Buna görə də Amerikanın DigitalGlobe şirkəti bu yaxınlarda tüstü və bulud arasından çox yüksək keyfiyyətdə çəkilişlər apara bilən kosmik aparat buraxıb. Onu WorldView-3 adlandırıblar.

Şirkətin təsisçisi və texniki direktoru Valter Skott bildirir: "WorldView-3 peykinin səmərəliliyi SWIR platforması əsasında nə vaxtsa orbitə çıxarılmış bütün başqa peyklərə nisbətən yüksəkdir. Bu, ağ-qara VGA təsvirini tam rəngarəng 4K UHDTV təsviri ilə müqayisə etmək deməkdir. Onun vasitəsilə Yer səthindəki yanğın təhlükəsi ilə üz-üzə qala biləcək müəyyən sahələri, həmçinin ən qaynar nöqtələri görmək olar".

Skottun adını çəkdiyi SWIR platforması səkkiz müxtəlif uzunluq dalğasında infraqırmızı şüalanmanı aşkar edə bilir. Onlardan hər biri öz funksiyasını yerinə yetirir. Məsələn, onlardan biri tüstü arasından daha yaxşı keçir, digəri isə, süni əşyaların maksimum dəqiq təsvirini verir.

Onlar birləşən zaman yanğının tam xəritəsi alınır.

WorldView-3 peykindən alınmış fotoşəkillər DigitalGlobe şirkətinə ABŞ Ticarət Nazirliyini 50 sm-dən kiçik və görünən əşyaların peyk fotoşəkillərindən kommersiya istifadəsinə qoyulan məhdudiyyəti götürməyə inanmaqda kömək edib. Indiyə kimi bu cür fotoşəkilləri yalnız hökumət təşkilatları ala bilirdi.