Yer 100 il komet və meteoritlərin hücumuna məruz qalacaq

12 Sentyabr 2014 08:52 (UTC+04:00)

Kosmosda əvvəllər məlum olmayan asteroidlər zolağı aşkar edilib. NASA ekspertləri xəbərdarlıq edirlər ki, növbəti 100 ildə asteroidlər Yerə yağış kimi töküləcək.

NASA astronomları son 60 gündə kosmosdakı obyektlərlə bağlı keçirdikləri yeni müşahidələr əsasında qprxulu proqnozlar verirlər: 2017 və 2113-cü illər arasında bizi müxtəlif kosmik obyektlərlə 400 toqquşma gözləyə bilər.

Iş ondadır ki, kosmosun dərinliklərində bizim Günəş sisteminin hissələrinə tərəf hərəkət edən və əvvəllər məlum olmayan asteroidlər zolağı aşkar edilib.

Obyektlərin əksəriyyətinin maksimum ölçüsü 100 metrə yaxın olacaq və çox böyük zərər vuracaq.

Astrofizik professoru Brayan Koks bildirir ki, avtobus böyüklükdə olan və bu ilin martında aşkar edilmiş 2014 EC asteroidi bu həftə Yerdən 61, 637 km məsafədə keçib.

Bukingem Universitetinin astronomiya sahəsində mütəxəssisi olan professor Bill Napye hesab edir ki, asteroidin zərbəsi və ya məsələn, komet "zibili" bəşər sivilizasiyası üçün dağıdıcı nəticələrə gətirib-çıxara bilər.

"Əgər bunun kimi nəsə baş verərsə, onda günəş işığının tozla pərdələnməsi səbəbindən atmosferimizin kimyası dəyişər və və bu cür durum on min illərlə davam edə bilər. Diametri 200-300 km olan kometlər isə Yeri, ümumiyyətlə, sterlizasiya edə bilər"- o bildirib.

Daha böyük təhlükə böyük asteroidlərdən baş verə bilər, çünki kosmosda onların sayı on minlərlədir və onlar regional miqyasda zərər bura bilər.

Buna nümunə kimi xoşbəxtlikdən, 1908-ci ldə az əhali məskunlaşmış Sibirə düşən Tunqus meteoritini göstərmək olar. Əgər bu, Londonda baş versə idi, onda bunun nəticəsi Hirosimaya atılan atom bombasına bərabər olardı.

Ispaniyadakı La Sagra rəsədxanasının astronomları tərəfindən kəf edilmiş 2012 DA14 asteroidinin hazırda Yerə düşmə ehtimalı bir faozdən az olsa da, alimlər onun bizim planetlə toqquşmasını istisna etmirlər.