Bu gün Bakıda qəbul imtahanları keçirilən məntəqələrdə 38 nəfər həkimə müraciət edib
14 İyul 2012 15:50 (UTC+04:00)
25 abituriyent, 12
valideyn və 1 imtahan məsləhətçisi həkimə müraciət edib
Movqe.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakıda ali və orta
ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi
məntəqələrdə 38 nəfər təcili tibbi yardıma müraciət edib. Bu
barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin
böyük həkimi Zemfira Vahabova bildirib. Onun sözlərinə görə, qəbul
imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 38
nəfərdən 25-i abituriyent, 12-ci valideyn, 1-i isə imtahan
məsləhətçisi olub. Müraciət edənlərin hamısına tibbi yardım
göstərilib. Onlardan xəstəxanaya yerləşdirilən olmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali
təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta
ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul
imtahanları keçirilib.