Bakı dairəvi yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb

12 Sentyabr 2014 10:55 (UTC+04:00)

Bu gün Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 4-5-ci km olan hissəsində ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.


Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, yolun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar bağlanıb.