Makiyajsız selfie həyatını xilas etdi

12 Sentyabr 2014 11:33 (UTC+04:00)
İngiltərədə 35 yaşlı  Jackie Nikolas adlı qadın, xərçəng xəstələri üçün həyata keçirilən bir kampaniya çərçivəsində makiyajsız selfiesini çəkərək sosial mediada paylaşıb. Movqe.Az xəbər verir ki,  Fotoşəkilini yükləmək üçün girdiyi Xərçəng Araşdırma Vəqfinin saytında ön diaqnozun necə ediləcəyini görən qadın, sinə xərçəngi əlamətlərini hiss edib. Sinəsindəki yumrudan şübhələnən Nikolas, test üçün getdiyi xəstəxanada xərçəng olduğunu öyrənib. Gənc qadın, sinələrinin alınmasından sonra gördüyü kemoterapi müalicəsi nəticəsində erkən diaqnozla xərçəngdən tamamilə xilas olub.