Bu telefonla depresiyadan xilas olacaqsınız!

12 Sentyabr 2014 12:32 (UTC+04:00)

Çin, depressiya və intiharın qarşısına almağa yönəlmiş mobil tətbiq inkişaf etdirir. Pekin Huilongguan Xəstəxanası, depressiyaya qarşı məlumatlılığı artırmaq və intiharın qarşısına keçmək cəhdinin bir hissəsi olaraq mobil cihazlarda istifadə ediləcək bir tətbiq üzərində çalışır. Tətbiqin, istifadəçilərə müalicə üsulları, onlayn sorğu etmək, psixoloji müdaxilə və diaqnoz mövzusunda yardım edəcəyi deyilib.

Movqe.az xəbər verir ki, layihənin inkişaf etdirildiyi Huilongguan Xəstəxanasının psixoloji tədqiqat və müdaxilə mərkəzində tətbiqin başladığı, prosesin üç il müddətində tamamlanması gözlənilir. 


Çin səhiyyə nüfuzlarına görə, Çində hər il orta hesabla 287 min insan intihar edib, 2 milyondan çox insan intihara təşəbbüs edir.