Aşıq sudurqası tutan övladını falçı əli ilə sağaltdı

12 Sentyabr 2014 12:46 (UTC+04:00)
Aşıq Zülfiyyədən maraqlı etiraf gəlib. Mövqe.az xəbər verir ki, aşıq Zülfiyyə oğlu sudurqa keçirəndə falçıya getdiyini etiraf edib. Belə ki, aşıq iddia edib ki, nə müraciət etdiyi həkimlər, nə də ki, dava-dərman oğluna kömək edə bilməyib. Amma müraciət etdiyi falçının verdiyi xüsusi köynək oğlunu bu xəstəlikdən qurtarıb: "Oğlum balaca olanda falçıya getdim. Özümə görə bəlkə də heç vaxt falçı qapısına getməzdim. Amma oğluma görə məcbur qaldım. Getdim faydasını da gördüm. Uşağımı həkimlər yox, həmin insan sağaltdı. Sudurqası müalicə olundu. Bir köynək verdi, 40 gün uşağın əynində qaldı. Çıxaranda isə tam oğlum sağaldı. İndi də yaxşıdır".