Milli Parkda cinayət

12 Sentyabr 2014 14:22 (UTC+04:00)

Gecə Dənizkənarı Milli Parkın ərazisində bıçaqlanma hadisəsi baş verib. 


ANS TV-nin məlumatına görə, hadisə zamanı 1992-ci il təvəllüdlü Həsənov Saleh Tofiq oğluna naməlum şəraitdə bıçaq xəsarətləri yetirilib. Yaralı hadisə şahidləri tərəfindən dərhal 1saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər müayinə zamanı onun bədəninin müxtəlif nahiyyələrində bir neçə bıçaq yarası aşkar ediblər. Dərhal əməliyyat olunan Saleh Həsənovun həyatını xilas etmək mümkün olub. Əməliyyatdan sonra yaralının huşu özündə olmadığından polislər zərərçəkənin izahatını ala bilməyiblər.


Hadisənin baş verdiyi yerdə isə Səbayil rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. 22 yaşlı Saleh Həsənovu bıçaqlayan şəxs hadisə yerindən qaçdığı üçün onun şəxsiyyətini müəyyən etmək mümün olmayıb. 


Hazırda polislər cinayəti törədən şəxsin axtarışlarını davam etdirir. Faktla bağlı başlanan araşdırmalardan sonra isə qanlı hadisənin təfərrüatları məlum olacaq