ARDNŞ müsabiqə elan edib

12 Sentyabr 2014 15:35 (UTC+04:00)

Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu elan edilib

BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi Davamlı İnkişaf Təşəbbüsü çərçivəsində ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə 2014-2015-ci tədris ili üzrə (10 aylıq) təqaüdlü peşə təhsili üçün sənəd qəbulu elan edilib.


 ARDNŞ-dən verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququna Səngəçal, Ümid, Əzimkənd, Qobustan və Sahil yaşayış məntəqələrində daimi qeydiyyatı olan və ya həmin ərazilərdə faktiki yaşayan vətəndaşlar malikdir. Həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, orta ümumtəhsil məktəbini 2001-2014-cü illər ərzində bitirən, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər də müsabiqədə iştirak edə bilərlər. 


Müraciətlər elektron formada www.socar.az saytında "Karyera-Təlim mərkəzinə sənəd qəbulu" bölməsində qəbul olunur. İddiaçılar tələb edilən sənədlər və qaydalar haqqında məlumatı ''Qəbul qaydaları'' bölməsindən oxuya, elektron müraciət formasını isə ''Müraciət et'' bölməsində doldura bilərlər. 


Müraciətlər 22 sentyabr 2014-cü il tarixinədək qəbul ediləcək.