Avtomobil oğrusu yaxalandı

12 Sentyabr 2014 15:56 (UTC+04:00)

Hazırda saxlanılan şəxsin başqa cinayətlər işləyib-işləməməsi araşdırılır


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi və Qobustan rayon polis şöbəsi əməkdaşları keçirib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mansur Hüseynova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Bakı şəhər sakini Elman Zərbəliyev Qobustan rayonu ərazisində tutulub.


Hazırda saxlanılan şəxsin başqa cinayətlər işləyib-işləməməsi araşdırılır.


Faktla bağlı araşdırma aparılır.